FİTO... (yun.φυτόν - bitki) - bitkilərə və ya bitkilər haqqında elmə (botanikaya) aidliyi bildirən mürəkkəb sözlərin tərkib hissəsi (məs., fitokütlə, fitofenologiya, fitohormonlar, fitocoğrafiya və s.). Bir qayda olaraq, sözün əvvəlində gəlir, bitişik yazılır.