FİTOHELMİNTLƏR, f i t o n e m a t o d l a r – girdә qurdlar sinfindәn (nematodlar) bitkilәrdә parazitlik edәn qurdlar. 2 dәstәyә (Tylénchida, Dorylaimida) aiddir. F.-in bәdәn uz. 0,2-dәn 3–5 mm-әdәk, yoğunluğu 10–15-dәn 100 mkm-әdәk olur. Longidorus cinsindәn olan bәzi qurdların uz. 10–11 mm-ә çatır. F. arasında bitkilәrin yerüstü orqanlarında, kök sistemindә, ya da bitkinin müxtәlif orqanlarında parazitlik edәn qruplar ayırd edilir. F.-in bәzi növlәri parazitin özü üçün sәciyyәvi olan fırlar törәdir. F.-in zәdәlәdiyi bitki, bir qayda olaraq böyümә vә inkişafdan qalır, ayrı-ayrı orqanların deformasiyası (şaxәlәnmә, әyilmә, cırtdanboyluluq vә s.) müşahidә olunur. 400-әdәk növü mәlumdur; lakin onlarca növü әn tәhlükәli zәrәrvericilәrdir. Ən çox zәrәrverәn Globodera vә Heterodera cinslәrindәn olan kartof vә çuğundur nematodları, kartofu vә soğanı zәdәlәyәn gövdә nematodlarıdır; Meloidogyne cinsindәn olan fır nematodları istixanalarda vә açıq qruntda güclü zәrәr verir. F.-i öyrәnәn elm bölmәsi fitohelmintologiya adlanır.