FİTOHELMİNTOLOGİYA ( fito +...helmintologiya), f i t o n e m a t o d o l o g i y a, a q r o n o m i k h e l m i n t o l o g i y a – helmintologiyanın bölmәsi; bitki parazitlәri olan fitohelmintlәri, yәni hәlqәvi qurdları (nematodları) tәdqiq edir, onlarla vә onların törәtdiyi bitki xәstәliklәri ilә mübarizә üsullarını işlәyib hazırlayır. F. yalnız 20 әsrdә inkişaf etmәyә başlamışdır.