FİTOHORMONLAR ( fito +... hormonlar), b i t k i h o r m o n l a r ı – ali bitkilәrin ixtisaslaşmış toxumalarının cüzi miqdarda hasil etdiyi vә ontogenezin tәnzimlәyicisi vә әlaqәlәndiricisi kimi tәsir göstәrәn üzvi maddәlәr. Kimyәvi quruluşları müәyyәn edilmiş vә tәnzimlәyici tәsir mexanizmlәri ümumi şәkildә aydınlaşdırılmış 5 әsas F. tipi tәsvir edilmişdir: auksinlәr, hibberellinlәr, sitokininlәr (stimulyatorlar), hәmçinin, abssiz turşusu vә etilen (inhibitorlar). Ali bitkilәrdә F.-ın digәr tiplәrinin mövcud olması barәdә dә mәlumatlar var. Mәs., çiçәklәmә faktoru (florigen); böyümә vә inkişafın tәnzimlәnmәsindә hüceyrә divarı fraqmentlәri olan oliqosaxarinlәr iştirak edirlәr. F. әmәlә gәldiklәri yerdәn tәsir göstәrdiklәri yerә keçmәk (daşınmaq) qabiliyyәtinә malikdirlәr; onlar fermentlәrin vә digәr zülalların biosintezini tәnzimlәyir; onlar üçün ali bitkilәr arasında universal yayılma sәciyyәvidir. Heyvan hormonları ilә müqayisәdә F.-ın spesifikliyi nisbәtәn zәif ifadә olunmuşdur. Adәtәn, F.-ın bütün tiplәri öz fәallığına görә çox üstündür vә inkişafın hәr bir aspektinә müdaxilә edә bilir. Mәs., hüceyrәlәrin bölünmәsi vә dartılması, ayrılması, orqanogenez, gövdәnin, yarpaqların, köklәrin vә meyvәlәrin, çiçәklәrin әmәlә gәlmәsi, solma, tumurcuq vә toxumların dincliyi, korrelyativ böyümә, su stressinә qarşı cavab reaksiyası vә s. Bitkilәrdә inkişafın müxtәlif mәrhәlәlәrindә ayrı-ayrı orqanlarda bu vә ya digәr F.-ın tәrkibi dәyişdiyi kimi bu orqanların müxtәlif F.-a hәssaslığı da dәyişir. Ali bitkilәrdә F.-la yanaşı hәmçinin çoxlu miqdarda qeyri-hormonal tәbiәtli boy tәnzimlәyicilәri vardır. Bunlardan bәzilәri (mәs., fenol turşuları β-indol-sirkә turşusu oksidazasının ingibitorları) onların biosintezindә vә deqradasiyasında iştirak edәn fermentlәrin fәallığını pozaraq F.-ın metabolizminә tәsir göstәrә bilir. F.-ın funksional vә kimyәvi analoqları ibtidai bitkilәrdә dә aşkar edilmişdir.