FİTOKÜTLƏ – quruda (meşә, çәmәn sahәsi) vә ya su sahәsindә fitosenozun yerüstü vә yeraltı sferasında toplanmış bitkilәrin (hәm ali, hәm dә ibtidai) canlı üzvi maddәlәrin ümumi miqdarı. F.-ni әmәlә gәtirәn yerüstü sferaya birillik (yarpaq vә iynәyarpaqlar, assimilyasiyaedici zoğlar, hәmçinin çiçәk vә meyvәlәr) vә çoxillik (ağacların gövdә vә budaqları, yarımkolların vә lianaların oduncaqlaşmış zoğları) orqanlar, uzunömürlü yarpaq vә iynәyarpaqlar daxildir; yeraltı sferaya birillik vә çoxillik ola bilәn köklәr, kökümsovlar, kök yumruları, soğanaqlar aiddir; F.-nin formalaşmasında ibtidai bitkilәrin tallomu vә rizoidlәri iştirak edir. Bu yarımbölmәlәr F.-nin strukturunu sәciyyәlәndirir; bu strukturun bitki qruplaşmalarının hәr tipi üçün vә onların zonalar üzrә (enlik, qurşaqlıq vә s.) yerlәşmә vәziyyәtindәn asılı olan xüsusiyyәtlәri var (bax hәmçinin Biokütlә mәqalәsinә).