FİTONƏZARƏT – yoluxucu xәstәliklәrin vә k.t. zәrәrvericilәrinin qarşısını almaq mәqsәdilә xüsusi dövlәt orqanları tәrәfindәn aparılan nәzarәt-mühafizә tәdbirlәri kompleksi. Canlı göbәlәklәrin, bakteriyaların, virusların, nematodların, gәnәlәrin, hәşәratların vә bitki xәstәliklәri törәdicilәrinin kolleksiyaları, onların zәrәr vurduğu bitki nümunәlәri, habelә bitki herbarilәri vә kolleksiyaları; zәrәrli orqanizmlәrin daşıyıcısı olan k.t. maşınları vә alәtlәri, nәqliyyat vasitәlәri, bütün növ qab vә qablaşdırma materialları, bitki vә bitkiçilik mәhsullarından hazırlanmış sәnaye-mәişәt malları vә mәmulatları, torf, kompost, digәr üzvi gübrәlәr, torpaq vә torpaq monolitlәri vә nümunәlәri; bitki vә bitkiçilik mәhsullarının istehsalı, emalı, tәdarükü, saxlanması, satışı yerlәri, k.t. vә meşә sahәlәri, hәyәtyanı vә bağ sahәlәri, qeyri-k.t. torpaqları F. obyektlәridir. F. haqqında Azәrb. Resp.-nın qanunvericiliyi Azәrb. Resp.-nın Konstitusiyasından, Fitosanitar nәzarәti haqqında Azәrb. Resp.-nın qanunundan, Azәrb. Resp.-nın digәr qanunlarından vә onlara uyğun olaraq qәbul edilmiş normativ hüquqi aktlardan, habelә Azәrb. Resp.-nın tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrdәn
ibarәtdir.