FİTONSİDLƏR (fito + lat. caedo – öl- dürmәk) – bitkilәrin әmәlә gәtirdiyi vә digәr orqanizmlәri (başlıca olaraq mikrobları) mәhv edәn, yaxud onların böyümә vә inkişafının qarşısını alan bioloji fәal maddәlәr; bitkilәrin immunitetindә vә biosenozlarda orqanizmlәrin qarşılıqlı münasibәtindә mühüm rol oynayır (bax Allelopatiya). Kimyәvi tәbiәtinә görә qlikozidlәr, terpenoidlәr vә başqa ikincili metabolitlәr kimi F. müxtәlifdirlәr. Ağac bitkilәrinin (xüsusilә iynәyarpaqlıların) F. ifraz etmәk qabiliyyәti şәhәrlәri yaşıllaşdırma vә s. mütәxәssislәri üçün maraqlıdır. Tәrkibindә soğan, sarımsaq, mayaotu vә digәr bitkilәrin F.-i olan preparatlar tibdә istifadә olunur.