FİTOSENOLOGİYA – biosenologiya vә geobotanikanın bölmәsi; bitki qruplaşmaları vә bu qruplaşmaları әmәlә gәtirәn bitkilәrin bir-biri ilә, biosenozların heterotrof komponentlәrinin әtraf mühitin digәr komponentlәri ilә qarşılıqlı әlaqәsini, fitosenozların tәşkili, onların vaxt әrzindә dәyişmәsi vә mәkanda yayılmasının qanunauyğunluqlarını, tәsnifatını vә hәmçinin insanın yaratdığı fitosenozları (mәs., aqrofitosenozlar) öyrәnir. F.-da bitki qruplaşmalarının marşrut vә stasionar üsulla tәdqiqi, riyazi modellәşdirmә dә daxil olmaqla tәcrübi vә riyazi üsullar geniş istifadә olunur. F. bitki örtüyünün mühafizәsi, rasional istifadәsi vә mәhsuldarlığının artırılmasının elmi әsaslarından biridir. Bәzәn “F.” termini geobotanikanın sinonimi kimi işlәdilir.
Əd.: В а с и л ь е в и ч В.И. Очерки теоретической фитоценологии. Л. 1983; М и р к и н Б.М. Теоретические основы современной фитоценологии. М., 1985; Р б о т н о в Т.А. Фитоценология. 3-е изд. М., 1992.