Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİTRİ İDEYALAR 

    FİTRİ İDEYALAR (lat. ideae innatae) – Avropa fәlsәfәsinin әn mühüm epistemoloji anlayışlarından biri. Fitri bilik probleminin meydana gәlmәsi Platonun ideyalar nәzәriyyәsi vә Aristotelin onu tәnqid etmәsi ilә bağlıdır. Platon hissi tәsirlәrdәn deyil, xalis mahiyyәtlәr dünyası ilә tәması nәticәsindә insan canına düşәn konseptlәri fitri hesab edirdi. Can “ağıllı” dünyanın bu cür seyrini unutmuşdur vә buna görә ideyaların dәrki intensiv intellektual fәaliyyәt tәlәb edir; bu fәaliyyәtdә oriyentirlәr vә yardımçı vasitәlәr xatırlanan ideyalara bәnzәyәn hissi şeylәr vә obrazlardır. Platon tәlimindә fitri biliyin ümumavropa paradiqmasının bir neçә әn mühüm aspekti fәrqlәndirilir: 1) F.i. hisslәrdәn vә tәcrübәdәn asılı olmayıb, daha yüksәk varlıq instansiyalarından cana sirayәt edir; 2) onlar konkret şeylәrin mahiyyәt aspektini, yaxud bütövlükdә mövcud olanı ifadә edir vә buna görә özlәri ümumi tәsәvvürlәr vә prinsiplәr xarakteri daşıyır; 3) onlar hәr bir insana, yәni öz-özlüyündә “insan tәbiәti”nә xasdır; 4) onlar canın üst qatında yerlәşmir vә onun dәrinliklәrindәn çıxarılıb aktuallaşdırılmalıdır; 5) şeylәr F.i.-la onların hәr ikisindә mövcud olan ümumi varlıq әsası nәticәsindә qarşılıqlı yaranır. Bu tezislәrin hәr biri sonrakı iki minillikdәn çox davam edәn diskussiyalar gedişindә müxtәlif cür şәrh olunmuşdur. Mәs., son antik dövr vә orta әsrlәr filosofları (Plotin, Avqustin, Bonaventura) insan ağlını ziyalandıran vә ondakı fitri hәqiqәtlәri göstәrәn ilahi işığın yollarının öyrәnilmәsinә böyük diqqәt ayırırdılar. Candakı ideyaların vә ümumi anlayışların statusu haqqında mәsәlә dә ciddi tәdqiqata mәruz qalırdı (Boesi, P.Abelyar, Anselm Kenterberili, Foma Akvinalı, U.Okkam).

    Yeni dövr metafizikasında fitri bilik mövzusu R.Dekart fәlsәfәsinin tәsirilә ön plana çıxdı. Dekart F.i.-ın Allah tәrәfindәn yaradılması, onların tәcrübәdәn vә tәxәyyül özbaşınalığından asılı olmaması sxemini qәbul etmәklә bәrabәr, eyni zamanda biliyi xatırlama kimi tәqdim edәn Platon konsepsiyasından qәtiyyәtlә uzaqlaşırdı. Bu mövqe onun qeyri-şüuri persepsiyaların mövcudluğunu inkar etmәsi ilә әlaqәdar idi ki, nәticәdә F.i.-ın harada yaranması mәlum olmurdu. Dekart F.i.-ı bu vә ya digәr konseptual mәzmunu idrakın zәruri vә ümumi hәqiqәtlәri kimi düşünmәkdәn ibarәt fitri qabiliyyәt olaraq şәrh edirdi.

    F.i. probleminin sonrakı inkişafı mahiyyәtcә kartezian xәttini davam etdirirdi (fitrinin “dәruni” ilә yaxınlaşdırılması vә fitri qabiliyyәtlәrә istiqamәtlәnmә). Bunun әn parlaq nümunәlәrindәn biri Kantın aprior anlayışlar vә bütövlükdә biliklәr konsepsiyasıdır. İ.Kant iddia edir ki, xalis zәkanın aprior anlayışları (mәs., sәbәb, substansiya vә s. kateqoriyalar) fitri olmayıb, fitri tәfәkkür qanunları üzәrindә tәcrübәnin yaratdığı refleksiya nәticәsindә әldә edilir. C.Lokk vә xüsusilә yalnız ideyaların deyil, tәfәkkür bacarıqlarının da tәcrübi mәnşәyini sübut etmәyә çalışan E.B. de Kondilyak F.i. nәzәriyyәsini tәnqid etmişlәr. F.i. problemi  Q.V.Leybnitsdә öz anlamını itirir: onun qapalı monadaları üçün onların bütün persepsiyaları fitridir.

    Ən yeni fәlsәfәdә fitri qabiliyyәtlәr ideyası, bir qayda olaraq, fizioloji (F.i. sinir sistemi fәaliyyәtinin bioloji-irsi mexanizmlәridir), yaxud psixoloji (fitri biliyin instinktlәrlә vә canın dispozisiyaları ilә eynilәşdirilmәsi) interpretasiya qazanmışdır. Hәmçinin belә bir “kompüter metaforası” da yayılmışdır ki, F.i. mәs., sәrt diskdә yazılmış informasiyanın analoqudur. Dil praktikasının mümkünlüyü fitri konseptual strukturlar fәrziyyәsinin kömәyilә izah edilir (N.Çomski).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN