FİTSRÓY (Fitzroy) Robert (5.7.1805, Suffolk qraflığı, Ampton-holl – 30.4.1865, Surrey qraflığı, Norvud,) – ingilis hidroqrafı vә meteoroloqu. Vitse-admiral. 1828– 30 illәrdә “Biql” gәmisindә, F.P. Kinqin rәhbәrliyi altında Cәnubi Amerikanın c. sahillәrini tәdqiq etmişdir. 1831–36 illәrdә Ç.Darvinin dә iştirak etdiyi okeanoqrafiya ekspedisiyasına başçılıq etmişdir. Bu ekspedisiya zamanı Pataqoniya, Odlu Torpaq sahillәrinin vә Magellan boğazının xәritәsi tәrtib edilmişdir. 1854 ildәn Meteorologiya dep-tinә rәhbәrlik etmiş, İngiltәrәdә daimi Meteoroloji xidmәti yaratmışdır. Özünәqәsdlә hәyatına son qoymuşdur.