FİTSRÓY (Fitzroy) – Avstraliyanın şm.- q.-indә çay. Uz. 520 km, hövzәsinin sah. 86,5 km2. Kimberli massivinin yamaclarından başlanır, Hind okeanının Kinq körfәzinә tökülür. Ortaillik su sәrfi tәqr. 100 m3/san. Yanvar–mart aylarında bolsuludur. Mәnsәbindәn 130 km mәsafәdә gәmiçiliyә yararlıdır. İngilis hidroqrafı vә meteoroloqu R.Fitsroyun şәrәfinә adlandırılmışdır.
Fitsroy çayı. Kimberli regionu.