FİTTİQ Rudolf (6.12.1835, Hamburq – 19.11.1910, Strasburq) – alman üzvi kimyaçısı. 1858 ildә Göttingen Un-tini bitirmişdir. Tübingen (1870 ildәn) vә Strasburq (1876–1902) un-tlәrinin prof.-u olmuşdur. Əsas tәdqiqatları aromatik karbohidrogenlәrin sintezinә vә onların quruluşunun öyrәnilmәsinә hәsr edilmişdir. 1864 ildә Vürs reaksiyasını tәtbiq etmәklә yağ-aromatik karbohidrogenlәrin alınma üsulunu tәklif etmişdir. Fenantreni, fluoranteni vә laktonları tәdqiq etmiş, stereokimya mәsәlәlәri ilә mәşğul olmuşdur.
Əd.: F i c h t e r F. Rudolph Fittig. Berichte der Deutschen chimischen Gesellschaft. B.1911, Bd. 2,S. 13391401.