Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİVA 

    FİVA (Qәdim Misir dilindә Uaset, Niutİmen – “Amonun şәhәri”, ibranicә No, qәdim yunan dilindә Θῆβαι) – Qәdim Misirdә (indiki Luksor ş. rayonunda) şәhәr. Yuxarı Misirdә 4-cü nomun mәrkәzi. XI (e.ә. 21 әsrin sonu – e.ә. 20 әsrin әvvәllәri) vә XVIII (e.ә. 16 әsrin ortaları – 14 әsrin ikinci yarısı) sülalәlәrin dövründә Misirin paytaxtı. Arvadı Mut vә oğlu Xonsu ilә birlikdә F. triadası adlandırılan Amona vә Montuya sitayiş mәrkәzi idi. Anım mәbәdlәri vә Yeni şahlıq dövrü (e.ә. 16 әsrin ortaları – e.ә. 11 әsrin әvvәllәri, Nilin q. sahilindә) hökmdarlarının dәfn olunduğu әrazidir. E.ә. 3-cü minillikdәn mәlumdur, e.ә. 22 әsrdә (I Keçid dövrü) F.-nı idarә etmәyә başlamış XI sülalәnin hökmdarları e.ә. 21 әsrin sonlarında Misiri öz hakimiyyәtlәri altında birlәşdirmişdilәr. E.ә. 17 әsr – e.ә. 16 әsrin әvvәllәrindә F.-da hakimiyyәtdә olmuş XVII sülalәnin hökmdarları hiksoslarla mübarizә aparmış vә onları Misirdәn qovmuşlar. E.ә. 3-cü minilliyin sonları – e.ә. 2-ci minilliyin әvvәllәrindә F.-da Amonun (qәdim Amon-Ra, Günәş allahı ilә eynilәşdirilmişdir) şәrәfinә Karnak mәbәd kompleksi tikilmişdi. E.ә. 2-ci minilliyin ortalarında Luksorda (Karnakdan c.-da) vә Mәdinәt-Habuda (Nilin q. sahilindә, Luksorun qarşısında) yaradıcı vә hәyat qüvvәsi allahı kimi Amona hәsr edilmiş mәbәd komplekslәri inşa olunmuşdu. Yeni şahlıq dövründә (e.ә 16 әsrin ortaları – e.ә. 11 әsrin әvvәllәri) Nilin q. sahilindә F.-nın qarşısında fironlar nekropolu (Hökmdarlar vadisi, Mәlikәlәr vadisi) yerlәşirdi vә hökmdarların anım mәbәdlәri (II Ramsesin şәrәfinә Ramesseum) tikilirdi. E.ә. 11–7 әsrlәrdә F. Misirin c. hissәsini Amon kahinlәrinin hakimiyyәti altında birlәşdirmiş xüsusi muxtariyyәtin mәrkәzi idi. E.ә. 3 әsrin
    sonu – e.ә. 1 әsrin әvvәllәrindә misirlilәrin Makedoniya sülalәsi Ptolemeylәrin hakimiyyәtinә qarşı çıxışlarının mәrkәzi olmuşdur. Güclü dağıntılara mәruz qalmış vә e.ә. 1 әsrin әvvәllәrindә sakinlәri tәrәfindәn tәrk edilmişdir. F.-dakı arxeoloji komplekslәr (Amon mәbәdlәri, hökmdarların anım tikililәri) 19 әsrin ortalarından müxtәlif ölkәlәrin arxeoloqları (K.R.Lepsiusun rәhbәrliyi ilә Prussiya ekspedisiyasının fәaliyyәti; fransız arxeoloqu O.Mariet tәrәfindәn aparılan qazıntılar) tәrәfindәn daim öyrәnilir. F. abidәlәri Ümumdünya irsi siyahısına daxil edilmişdir (1979).

     Fiva. Luksor mәbәdinin әsas girişi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN