FİZALİS (Fhusalis) – badımcançiçәklilәr fәsilәsindәn bitki cinsi. Hünd. 1,5 m olan çoxillik vә ya birillik otlardır. Yarpaqları bütöv, yaxud oyuqlu dişlidir. Çiçәklәri tәk-tәk, 5 üzvlü, çox vaxt әsnәyindә kontrast lәkәlәri olan ağ, yaxud sarı rәngli qıfşәkilli, ya da sünbülşәkilli taсı var; bir-birinә cüt-cüt yaxınlaşan iri örtücü yarpaq qoltuqlarındakı әyilmiş (asılı) uzun çiçәk saplaqları üzәrindә yerlәşir. Çiçәk qrupu sadә vә ya mürәkkәb haçaqıvrımdır. Meyvәsi qovuqşәkilli şişkin, ucunda dişciklәrlә qapanmış tilli kasacıqda olan ikiyuvalı şirәli çoxtoxumlu kürәşәkilli gilәmeyvәdir. Amerikada 80 növü, Avropa vә Asiyanın mülayim-isti r-nlarında tәqr. 10 növü mәlumdur. Qafqazda vә Krımda adi F., yaxud Çin fәnәrciyi (P. alkekengi) bitir; dekorativ (o cümlәdәn quru buketlәr) vә dәrman bitkisi (böyrәk vә sidik kisәsi xәstәliklәrinin müalicәsi üçün), hәmçinin qida boyası kimi geniş becәrilir. Franşe F.-i (P. franchetii) Ussyriya ölkәsindә rast gәlinir. Bütün dünyada bitki kimi sarıçiçәkli Amerika F.-lәri: Filadelfiya (yapışqanmeyvәli) F.-i, yaxud Meksika tomatı (P. philadelphica, yaxud P. ixocarpa) vә kәlә-kötür F. (P. anqulata) becәrilir. Bunların iri (tәqr. 3,5 sm-әdәk diametrdә) turşmәzә açıq-sarı yapışqan gilәmeyvәsi olur vә tәrәvәz bitkisi kimi dә becәrilir. Xovlu F.-in, yaxud çiyәlәyәbәnzәr tomatın (P. pubescens), Peru F.-i, yaxud Peru albalısının (P. peruviana) tüklü xırda meyvәlәri çiy halda yeyilir, cem hazırlanmasında istifadә edilir.
Peru albalısı (P. peruviana), çiçәyi vә meyvәsi.