FİZİKALİZM – fizikanı elmi biliyin әsası vә idealı kimi mәnalandıran metodoloji vә dünyagörüşü konsepsiyası. F. tәrәfdarları hesab edirlәr ki, fizika ikiqat üstünlüyә malikdir: ontoloji baxımdan bu elm maddi alәmin obyektlәri vә qanunları haqqında fundamental bilik verir, epistemoloji baxımdan isә reallıq haqqında obyektiv biliyin әldә edilmәsi standartlarını yaradır. Mexanikanı öyrәnilәn obyektin xarakterindәn asılı olmayaraq elmi biliyin nümunәsi hesab edәn 17–18 әsrlәr mexanisizmi F.-in sәlәfidir. Mexaniki modellәr biologiyada, psixologiyada, “sosial mexanika” vә “sosial fizika” yaratmaq çoxsaylı cәhdlәrindә geniş yayılmışdı. Vyana dәrnәyinin mәntiqi pozitivizmindә F. – “unifikasiyalaşdırılmış elm” proqramının mәqdәsi müasir fizikanın dili әsasında bütün elmi biliklәrin birlәşdirilmәsinә doğru hәrәkәt olan proqramın nüvәsini tәşkil edirdi. Analitik şüur fәlsәfәsindә “F.” termini әksәr hallarda materialist konsepsiyaları (özünәmәxsus elmi materializm). bildirmәk üçün istifadә olunur. Fizikalist yanaşma burada materiya vә şüuru karteziançı dualizmindәn imtina etmәyi vә şüurun monistik (maddi vә kazual) dünya mәnzәrәsinә daxil olduğunu әsaslandırmaq sәyini nәzәrdә tutur. F. tәrәfdarları bu zaman fizikadan daha çox biologiyaya, neyrofiziologiyaya vә koqnitiv elmә müraciәt edirlәr.