Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİZİKİ COĞRAFİYA

    FİZİKİ COĞRAFİYA – Yerin coğrafi qatı vә onun struktur hissәlәri haqqında elm. F.c. bütövlükdә planetar sistemi öyrәnәn yerşünaslıq, tәbii-әrazi komplekslәri haqqında elm – landşaftşünaslıq, Yerin keçmiş inkişafı mәrhәlәlәrindә landşaft qabığını tәdqiq edәn paleocoğrafiya hissәlәrinә bölünür. F.c. elmlәri qrupuna tәbii mühitin ayrı-ayrı komponentlәrini öyrәnәn elmlәr – geomorfologiya, topoqrafiya, iqlimşünaslıqmeteorologiya, qurunun hidrologiyası, okeanologiya, qlyasiologiya, geokriologiyatorpaq coğrafiyası, biogeocoğrafiya daxildir. Bunlardan bәzilәri eyni zamanda müvafiq tәbiyyat elmlәrinin tәrkibinә dә daxil edilir (mәs., geomorfologiya vә geokriologiya geologiyaya; iqlimşünaslıq vә meteorologiya atmosfer fizikasına; biocoğrafiya biologiyaya; torpaqşünaslıq geologiya vә geofizikaya; paleocoğrafiya tarixi geologiyaya; bataqlıqşünaslıq biologiya, landşaftşünaslıq, hidrologiya botaniki coğrafiyaya vә s.). F.c. kartoqrafiya, geoinformatika, vә tarixi coğrafiya ilә dә sıx әlaqәdardır. F.c.-nın texniki, k.t., tibb vә digәr elmlәrlә әlaqәdar olan vә tәbii-әrazi komplekslәrinin müxtәlif hissәlәrini öyrәnәn, onların mühafizәsi vә sәmәrәli istifadә yollarını aşkar edәn tәtbiq sahәlәri dә inkişaf etdirilir.

    İlk fiziki-coğrafi ideyalar antik dövrdә yaranmışdır. Yer sәthindә müşahidә edilәn tәbii hadisәlәrin mücәrrәd izahını ilk dәfә qәdim yunan filosofları vermişdir. E.ә. 6–5 әsrlәrdә Yerin kürә şәkilli olması ideyası vә istilik qurşaqları haqqında tәsәvvürlәr meydana gәldi. 15–17 әsrlәrdә Böyük coğrafi kәşflәr vahid coğrafi nәzәriyyәlәrin formalaşması üçün zәmin yaratdı. Yerin kürәşәkilli olması, Dünya okeanının vahidliyi vә s. sübut edildi. 17–18 әsrlәrdә fiziki-coğrafi hadisәlәrin öyrәnilmәsinә maraq daha da artdı. Müasir F.c.-nın әsaslarını A.Humboldt qoymuşdur. 19 әsrin 1-ci yarısыnda fiziki-coğrafi iqlimşünaslıq, biocoğrafiya, hidrologiya, geomorfologiya, torpaqşünaslıq elmlәri formalaşmağa başladı. 19 әsrin sonunda V.V.Dokuçayevin, sonralar onun ardıcılları zonadaxili fiziki-coğrafi qanunauyğunluqları öyrәnәrәk coğrafi landşaft nәzәriyyәsini irәli sürdülәr. L.S.Berq әsәrlәrindә landşaft haqqında nәzәriyyәni işlәmiş, Dokuçayevin tәbii zonalar tәlimini inkişaf etdirmişdir. P.İ.Brounov (1852–1927) Yerin “üz” (coğrafi) örtüyü anlayışını irәli sürmüşdür (1913). 1914 ildә R.İ.Abolin (1886–1939) Yerin tәbii komplekslәri sistemini vermişdir. Hәmin dövrdә tәbii mühitin bir sıra komponentlәrinin kompleks halda öyrәnilmәsinә başlanılmışdır. 20 әsrin 60-cı illәrindәn F.c. bir elm kimi Avropa ölkәlәrindә sürәtlә inkişaf etmәyә başladı. Müasir mәrhәlәdә F.c.-nın әsas vәzifәlәri Yerin qatları arasındakı enerji vә kütlә mübadilәsini, hәmin qatların struktur dәyişkәnliyini, rütubәt dövranını, biol. mәhsuldarlığını, tәbii-әrazi komplekslәrini vә onlardan sәmәrәli istifadә yollarını vә s. öyrәnmәkdәn ibarәtdir.

    Azәrb.-da F.c. elmi vә onun sahәlәrinin inkişafı barәdә bax Azәrbaycan xüsusi cildinin Coğrafiya bölmәsinә.

    Əd.: И с а ч е н к о А.Г. Развитие географических наук. М., 1971; З а б е л и н И.М. Физическая география сегодня. М., 1973; Введение в физическую географию. М., 1973.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN