FİZİKİ KƏMİYYƏT – bir çox fiziki obyektlәr (fiziki sistemlәr, onların halları vә bu sistemlәrdә gedәn proseslәr) üçün keyfiyyәtcә ümumi, lakin hәr bir obyekt üçün kәmiyyәtcә fәrqli olan xassә. Obyektlәrin xassәlәrini xarakterizә edәn F.k.-lәrә uzunluq, kütlә, elektrik müqavimәti vә b., sistemin halını xarakterizә edәn F.k.-lәrә tәzyiq, temp-r, maqnit induksiyası vә b., proseslәri xarakterizә edәn F.k.-lәrә sürәt, güc vә b. daxildir.
F.k.-lәr hәrflәrlә işarә edilir. “F.k.” termini tәkcә fizikada deyil, digәr elmlәrdә dә (kimya, biologiya vә s.) işlәdilir.