Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİZİKİ KİNETİKA

    FİZİKİ KİNETİKA – fizikanın bölmәsi; qeyri-taraz sistemlәrin makroskopik halının zamana görә dәyişmәsini mikroskopik sәviyyәdә öyrәnir. Tarazlıqda olan sistemlәrin statistik fizikasında olduğu kimi, F.k.-da da hәr bir ayrıca zәrrәcik әvәzinә, zәrrәciklәrin hәr hansı bir parametrә (enerji, sürәt vә s.) görә paylanma funksiyasına baxılır.

    F.k.-ya aşağıdakılar daxildir: qazların kinetik nәzәriyyәsi, qeyri-taraz proseslәrin termodinamikası, plazmadaxili qeyri-taraz proseslәrin statistik nәzәriyyәsi, maye vә bәrk cisimlәrdә köçürmә hadisәlәrinin nәzәriyyәsi, maqnit proseslәrinin kinetikası, sürәtli zәrrәciklәrin maddәdәn keçmәsi ilә bağlı kinetik hadisәlәrin nәzәriyyәsi. Bura hәmçinin, kvant mayelәrindә vә ifratkeçiricilәrdә baş verәn köçürmә hadisәlәrini vә faza keçidlәrinin kinetikasını da aid etmәk olar.

    Qapalı sistemdә bütün zәrrәciklәrin paylanma funksiyası Liuvill tәnliyini ödәyir vә fiziki sistem haqqında tam informasiyanı ifadә edir, lakin sistemә daxil olan zәrrәciklәrin sayının çox olması bu tәnliyi ümumi şәkildә hәll etmәyә imkan vermir. Sistemin makroskopik xassәlәrini ifadә etmәk üçün birzәrrәcikli (f1), ikizәrrәcikli (f2vә s. paylanma funksiyalarının kömәyilә alınan әsas fiziki kәmiyyәtlәrin orta qiymәtlәrini bilmәk kifayәtdir.

    Qapalı sistemin xüsusiyyәti ondan ibarәtdir ki, bu sistem daxilindә bütün kinetik proseslәrlәr termodinamik tarazlığı bәrpa etmәyә doğru yönәlir. Bu halda paylanma funksiyasının evolyusiyası o hәddә qәdәr davam edir ki, düzünә vә әksinә istiqamәtdә baş verәn hәr bir elementar keçidin (mәs., molekulun rәqsi hәrәkәtinin enerjisinin dәyişilmәsi, buxarlanma vaxtı molekulun maye sәthindәn uçması vә kondensasiya prosesi vaxtı әksinә olaraq qaz halından mayeyә dönmәsi, elektron zәrbәlәri nәticәsindә atomun ionlaşması vә әksinә baş verәn elektron-ion rekombinasiyası) statistik ansambla görә ortalaşdırılmış sürәti bәrabәrlәşsin. Detal tarazlıq prinsipinә görә bu, sistemdә termodinamik tarazlığın yarandığını göstәrir. Bu halda paylanma funksiyası tarazlıq halına uyğun gәlir (mәs., Maksvell paylanması, Boltsman paylanması). Sistemә xarici qüvvәlәr tәsir edәrsә, bu tәsirlәrin intensivliyindәn vә xarakterindәn asılı olaraq, paylanma funksiyası dәyişir.

    F.k. nәzәri aparatının kömәyilә dönmәyәn proseslәr termodinamikasının fenomenoloji tәnliklәrinin mikroskopik izahını vermәk vә bir çox fenomenoloji makroskopik parametrlәri mәs., sistemin tarazlıq vәziyyәtindәn uzaqlaşma dәrәcәsindәn asılı olaraq, hansısa makroskopik parametrlәrin tarazlıq vәziyyәtinә uyğun qiymәtlәrә qayıtma sürәtini xarakterizә edәn relaksasiya vaxtını, yaxud komponentlәrin kütlә, impuls, enerji vә digәr axınlarını bu axınlara sәbәb olan termodinamik qüvvәlәrlә әlaqәlәndirәn xәtti tәnliklәrdәki kinetik әmsalların matrislәrini, (tenzorlarını) hesablamaq mümkündür.

    Klassik kinetikada tarazlıqda olmayan proseslәri tәdqiq etmәk üçün әsasәn iki metoddan istifadә edilir: onlardan biri seyrәlmiş qazlarda (Boltsmanın kinetik tәnliyi), digәri isә sıx qazlarda (Smoluxovski tәnliyi, Fokker-Plank tәnliyi) baş verәn hadisәlәri izah etmәyә imkan verir. Bu me- todların tәtbiqedilmә sәrhәdlәrini tәyin etmәk üçün kriteri kimi s ә r b ә s t  q a ç ı ş y o l u n u n  u z u n l u ğ u (l – iki ardıcıl toqquşma arasında zәrrәciyin qәt etdiyi orta mәsafә) anlayışından istifadә etmәk olar. Sәrbәst qaçış yolunun uz. tәrtib etibarı ilә l ~ 1/(n·r20)-na bәrabәrdir; burada n – qazdakı zәrrәciklәrin sıxlığı, r0 isә molekullararası qüvvәlәrin tәsir radiusudur. Seyrәk qazlar üçün l >> r0 şәrti ödәnilir. Bu halda sәrbәst qaçış müddәti τ, iki zәrrәcik arasında baş verәn qarşılıqlı tәsir müddәtindәn (τ0) qat-qat böyük olur vә demәli, toqquşma prosesini ani hesab etmәk olar. Əgәr l ≤ r0 şәrti ödәnirsә, toqquşma anlayışından istifadә etmәk olmaz, çünki verilmiş molekul daim digәr molekulların tәsir sahәsindә yerlәşir. Bu halda verilmiş zәrrәciyin digәr zәrrәciklәrin yaratdığı sahәdә hәrәkәtini xarakterizә edәn paylanma funksiyasını tәyin etmәk lazım gәlir. Zәrrәciklәr daim hәrәkәtdә olduğundan bu sahә f l u k t u a s i y a l a r a mәruz qalır vә bunun nәticәsindә verilmiş zәrrәciyin hәrәkәti stoxastik (ehtimallı) xarakter daşıyır. Bәrk cisimlәrdә baş verәn bir çox fiziki hadisәlәrin izahında da kinetik tәnliklәrdәn istifadә edilir. Bu halda elektronun orta sәrbәst qaçış yolunun uz. de-Broyl dalğasının uz.-ndan xeyli böyük olmalıdır. F.k. tәnliklәrinin kömәyilә ümumilikdә bәrk cisimlәrin elektrikkeçiriciliyini, istilikkeçiriciliyini, qalvanomaqnit, termomaqnit hadisәlәrini; metallarda yüksәk tezliklәrdә skin-effekti, siklotron rezonansını, ifratkeçiriciliyin bәzi xüsusiyyәtlәrini vә s. izah etmәk olar. Maqnit mühitlәri halında Boltsman tәnliyinin maqnonlar üçün hәllindәn dәyişәn maqnit sahәlәrindә dinamik maqnit nüfuzluğunu tәyin etmәk vә hәmçinin, maqnitlәnmә proseslәrinin kinetikasını öyrәnmәk olur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN