FİZİKİ QOŞA ULDUZLAR – komponentlәri qarşılıqlı cazibә qüvvәlәri ilә әlaqәli olan vә ortaq kütlә mәrkәzi әtrafında fırlanan qoşa ulduzlar. Əksәr vizual-qoşa ulduzlarla yanaşı, spektral-qoşa ulduzlar, tutulan-qoşa ulduzlar vә hәmçinin görünmәyәn peyklәri olan ulduzlar F.q.u.-a aiddir.