FİZİKİ ŞƏXS – mülki hüquq vә vәzifәlәrin subyektini bildirәn termin. Hüquq subyektlәrinin digәr kateqoriyası olan hüquqi şәxsdәn fәrqli olaraq, F.ş. fәrddir. Azәrb. Resp.-nın qanunvericiliyinә görә, bütün vәtәndaşlar, Azәrb. Resp.-nın әrazisindә yaşayan vә müvәqqәti qalan әcnәbilәr vә vәtәndaşlığı olmayan şәxslәr F.ş.-dir (Azәrb. Resp.-nın MM, maddә 24). Hüquq münasibәtlәrinin iştirakçısı (daşıyıcısı) olmaq üçün F.ş. hüquq qabiliyyәtinә malik olmalıdır. F.ş.-in mülki hüquq qabiliyyәti onun mülki hüquqlara malik olmaq vә mülki hüquq vәzifәlәrini daşımaq qabiliyyәtidir. Bu hüquq vә vәzifәlәrin mәcmusu dövlәt daxilindә vәtәndaşın hüquqi statusunu tәşkil edir.