FİZİKİ VAKUUM (sahәnin kvant nәzәriyyәsindә) – hәr hansı bir real zәrrәciyin olmaması ilә xarakterizә olunan kvant sahәlәrinin әn kiçik (әn aşağı) energetik halı. F.v.-un bütün kvant әdәdlәri ( impuls, elektrik yükü vә b.) sıfra bәrabәrdir. Lakin vakuumda virtual (baş verә bilәcәk) proseslәrin mümkünlüyü real zәrrәciklәrin onunla toqquşması zamanı bir sıra spesifik effektlәrә gәtirir (bax Sahәnin kvant nәzәriyyәsi). “F.v.” anlayışı o mәnada kvant nәzәriyyәsinin әsas anlayışlarından biridir ki, onun xassәlәri kvant sistemindә baş verәn bütün qalan halları tәyin edir. Bir sıra hallarda, mәs., simmetriyanın spontan pozulması zamanı vakuum halından başqa, bir-birindәn Qoldstoun bozonlarının sayı ilә fәrqlәnәn halların kәsilmәz spektrlәri dә olur.