FİZİKİ-COĞRAFİ RAYONLAŞDIRMA – Yer sәthinin daxili bütövlüyü vә özünәmәxsus xüsusiyyәtlәri ilә sәciyyәlәnәn tәbii әrazi bölgüsü sistemi. Hәr hansı bir әrazinin daxili bütövlüyü onun coğrafi mövqeyi, daxilindә gedәn coğrafi proseslәr (mәs., hava kütlәsinin sirkulyasiyası, rütubәt dövranı, kimyәvi elementlәrin miqrasiyası vә s.) vә onun eyni yaşa vә tarixi inkişafa malik olması ilә müәyyәn edilir. Rayonlaşdırma bir qayda olaraq xәritәlәmә vә sәciyyәvi xüsusiyyәtlәrin tәrtib edilmәsi ilә aparılır. Yer sәthinin, yaxud onun ayrı-ayrı hissәlәrinin F.-C.r.-sı tәbii sәrhәdlәrә malik bütün mövcud tәbii әrazilәrin aşkar edilmәsi mәqsәdi ilә aparılır. Tәbii әrazilәr zonal (qurşaqlar, zonalar vә yarımzonalar) vә azonal (fiziki-coğrafi ölkәlәr, vilayәtlәr, әyalәtlәr, rayonlar) olur. F.-C.r.-nın әn yüksәk taksonomik vahidi istilik balansına görә, bu vә ya digәr dәrәcәdә bir-birinә yaxın olan bir neçә coğrafi zonadan ibarәt coğrafi qurşaqlardır. Yer sәthindә zonal әlamәtlәrә әsasәn ayrılan coğrafi qurşaqların ardıcıllığı (ekvatordan qütblәrә doğru) belәdir: ekvatorial; şimali subekvatorial, cәnubi subekvatorial; şimali tropik, cәnubi tropik; şimali subtropik, cәnubi subtropik; şimali mülayim, cәnubi mülayim; subarktik, subantarktik; arktik vә antarktik. Bir çox F.-C.r sxemlәrindә rayonlaşdırmanın son pillәsi fiziki-coğrafi rayondur. Dağlıq әrazilәrin F.-C.r.-sı yüksәklik amili әsasında aparılır. F.-C.r. müxtәlif praktiki mәqsәdlәrә (k.t., mühәndis-tikinti, tibb, rekreasiya vә s.) xidmәt edir.