FİZİKİ-KİMYƏVİ ANALİZ – xarici şәrait dәyişdikdә termodinamik şәraitdә gedәn çevrilmәlәri tәdqiq etmәyә imkan verәn üsullar mәcmusu. F.-k. a. üçün bu asılılıqların qrafiki vә tәrkib-xassә diaqramı şәkillәrindә tәsvirlәri xarakterikdir; elәcә dә rәqәm göstәricilәrin vә analitik qeydlәrin cәdvәllәri tәtbiq edilir. Tәrkib-xassә vә tәrkib-temperatur diaqramları xüsusi әhәmiyyәt kәsb edir. Belә diaqramların tәhlili – sistemin komponentlәrinin qarşılıqlı tәsirinin xarakteri, sistemdә әmәlә gәlәn kimyәvi birlәşmәlәrin tәrkibi vә davamlılığı, sistemin fazalarının (kimyәvi birlәşmәlәr, bәrk vә maye mәhlullar, buxar) müxtәlif kombinasiyalarda birgә mövcud olduğu sahәlәr haqqında mәlumatlar әldә etmәyә imkan verir. Preparativ üsullardan fәrqli olaraq F.-k.a. bu fazaların sistemdәn ayrılmasını tәlәb etmir. F.k.a.-dә sistemin müxtәlif fiziki xassәlәri, әn çox faza keçid temp-rları (bax Termiki analiz) vә digәr istilik (istilikkeçirmә, istiliktutumu), elektrik (elektrikkeçirmә, dielektrik nüfuzluğu), optiki (şüasındırma әmsalı, işığın polyarizasiya müstәvisinin fırlanması) xassәlәri, sıxlıq, özlülük, bәrklik vә s. ölçülür. F.-k.a. әsasında fazalar qaydası vә N.S.Kurnakovun arasıkәsilmәzlik vә uyğunluq prinsipi durur. Arasıkәsilmәzlik prinsipinә görә sistemin hal parametrlәri, fazaların sayı sabit qalmaq şәrtilә arasıkәsilmәz dәyişdikdә xassәlәr dә arasıkәsilmәz dәyişir. Uyğunluq prinsipinә görә sistemin hәr fazasına vә ya fazalar toplusuna tәrkib–xassә diaqramında müәyyәn hәndәsi tәsvir (nöqtә, xәtt, sәth, hәcm) uyğun gәlir. Mәs., fazanın (vә ya fazaların) kristallaşmasının başlanğıcına likvidus әyrilәri (vә ya sәthlәri), sonuna solidus xәtlәri (vә ya sәthlәri) uyğun gәlir. Likvidusdan yuxarıda maye faza sahәsi, solidusdan aşağıda yalnız bәrk faza sahәsi yerlәşir.
Sistemdә әmәlә gәlәn aralıq kimyәvi birlәşmә sabit tәrkibli (daltonid) olduğu vә dissosiasiya etmәdiyi halda tәrkib–xassә diaqramında sinqulyar nöqtә müşahidә olunur. Dәyişkәn tәrkibli kimyәvi birlәşmәnin (bertolid) әmәlә gәlmәsinә hal diaqramlarında likvidus vә solidus xәtlәrinin toxunduğu azmeyilli maksimuma uyğun gәlir. Bu zaman tәrkib–xassә diaqramında sinqulyar nöqtә olmur.
F.-k.a. kimyanın bir sıra nәzәri problemlәrinin hәllinә, o cümlәdәn dәyişәn tәrkibli kimyәvi birlәşmәlәrin quruluş nәzәriyyәsinin yaradılmasına imkan yaratmışdır. F.-k.a. yeni materialların yaradılmasının vә mәlum materialların (әrintilәrin, yarımkeçiricilәrin şüşә, keramika vә s.) modifikasiyalaşdırılmasının әsasıdır. Fazaların ayrılması ilә әlaqәdar olan bәzi texnoloji proseslәr (mәs., kristallaşma, rektifikasiya, ekstraksiya vә s.) F.-k.a.-ә vә fiziki-kimyәvi diaqramlara әsaslanır. F.-k.a. tarazlıqda olmayan sistemlәrdә gedәn dönmәyәn reaksiyalar nәticәsindә yeni birlәşmәlәrin sintezi vә tәdqiqi üçün sәmәrәli üsuldur. EHM-n inkişafı F.-k.a.-dә sistemin xassәlәrinin onun tәrkibindәn asılılığının tәsvirlәrinin analitik formalarının rolunun xeyli artmasına gәtirib çıxardı.
Hesablama üsulları kimyәvi diaqramlardan әlavә mәlumatların әldә edilmәsinә, mәs., ikili sistemlәr üçün likvidus xәtlәrinin әyriliyinә әsasәn әrintidә kimyәvi birlәşmәnin dissosiasiya dәrәcәsinin vә ya üçlü qarşılıqlı sistem üçün likvidusun izoterm sәthinin formasına görә duzların mübadilәsi zamanı sәrbәst enerjinin dәyişmәsini tәyin etmәyә imkan verir.
Əd.: А н о с о в В.Я., О з е р о в а М.И. и др. Основы физико-химического анализа. М., 1976.