FİZİKİ-KİMYƏVİ ANALİZ ÜSULLARI – şәrti olaraq qruplara ayrılan kimyәvi analiz üsulları; burada maddәlәr kimyәvi çevrilmәlәrә uğradılır, analitik siqnallar isә tәyin olunan komponentin kütlәsi vә ya qatılığı ilә funksional bağlı olan fiziki kәmiyyәtlәrdir (bax, mәs., Kinetik analiz üsulları). Kimyaçı-analitiklәr “F.-k.a.ü.” terminini çox nadir hallarda işlәdir: adәtәn,analiz üsulları kimyәvi, fiziki vә bioloji analizlәrә ayrılır. Fiziki-kimyәvi vә fiziki üsullar bәzәn “instrumental üsullar” adı ilә birlәşdirilir.