FİZİKİ-KİMYƏVİ DİNAMİKA – dispers sistemlәrin fiziki kimya bölmәsi; dinamik şәraitdә hissәciklәrin әmәlә gәtirdiyi strukturlarda onların arasındakı kontaktlarda molekullararası әlaqәlәrin әmәlәgәlmә vә qırılma mexanizmini öyrәnir. 1980– 2013 illәrdә fiziki-kimyәvi mexanika, hidrodinamika vә mexanokimya ilә qarşılıqlı әlaqәdә yaranmışdır.
F.-k.d.-nın әsas problemlәri aşağdakılardır: kontaktlı qarşılıqlı tәsirlәrin dinamikasının, dinamik şәraitdә sәthi aktiv maddәlәrin (SAM) әlavәlәrinin iştirakı ilә dispers sistemlәrdә strukturәmәlәgәlmәnin kinetikasının vә mәrhәlәliyinin öyrәnilmәsi; laylılığın, arasıkәsilmәzliyin pozulmasının vә strukturun tam deaqreqasiyasının aradan qaldırılması zamanı dispers sistemlәrin maksimal (ifratyüksәk) axıcılığının әldәedilmә üsullarının әsaslandırılması vә işlәnib-hazırlanması; bu tәdqiqat istiqamәtlәri strukturlaşmış dispers sistemlәrdә kimya-texnoloji proseslәrin intensivlәşdirilmәsinin vә onlardan dispers (hәmçinin nanodispers) materialların alınmasının әsasını tәşkil edir. F.-k.d.-nın daha bir mühüm vәzifәsi strukturlaşmış dispers sistemlәrdә proseslәrә edilәn enerji sәrfi dәfәlәrlә azaldıqda ifratyüksәk axıcılıq әldә etmәk üçün SAM-in әlavәlәrinin daxil eilmәsi ilә birgә müxtәlif növ mexaniki (әsasәn, vibrasiyalı) tәsirlәrin optimal parametrlәrinin әsaslandırılmasıdır.
F.-k.d. yeni növ çox möhkәm vә uzunömürlü sement vә asfalt betonların, abraziv vә s. materialların alınma texnologiyasında, qida sәnayesindә tәtbiq olunur. F.-k.d. zәlzәlә zamanı torpağın sürüşmәsi, üfüqi yerdәyişmәsi kimi tәbii hadisәlәrin mexanizmlәrini izah etmәyә imkan verir.