FİZİOKRÁTLAR (fran. physiocrater, yun. φύσις – tәbiәt vә κράτος – hakimiyyәt) – 18 әsrin 2-ci yarısında fransız iqtisad elmindә cәrәyan. F.-ın ideyaları Almaniya, İtaliya, Avstriya, Rusiya, Polşa vә İsveçdә yayılmışdı. Klassik siyasi iqtisadın bir hissәsi olan F. mәktәbi başlıca diqqәti k.t.-na ayırırdı. Mәktәbin әsas nәzәriyyәçisi F.Kene idi.
F.-ın nәzәriyyәsinin metodoloji әsasını “tәbii nizam” konsepsiyası tәşkil edirdi: tәbiәtdә, o cümlәdәn insan vә cәmiyyәt tәbiәtindә Allah tәrәfindәn qoyulmuş әbәdi vә obyektiv qanunlar fәaliyyәt göstәrir. Əgәr insanlar bu qanunlara riayәt edәrsә, cәmiyyәtdә azadlıq vә harmoniya hökm sürәr, F.Kenenin tәbirincә, cәmiyyәt “sağlam” olar. F.-ın “tәbii nizam”ı iqtisadiyyata nәzәrәn azad rәqabәt, ticarәt, qiymәtәmәlәgәlmә vә s.-i ifadә edirdi.
F. irsi maarifçi monarxiyanı “tәbii nizam”ı gerçәklәşdirmәk gücündә olan әn yaxşı dövlәt forması hesab edirdilәr. Demokratiya öz şәxsi maraqlarını tәmin etmәyә vә cәmiyyәt hesabına varlanmağa çalışan müvәqqәti insanları hakimiyyәtә gәtirir. Bu, seçki yolu ilә hakimiyyәtә gәlәn monarxlara da aiddir.
F.-a görә, yeni (“xalis”) mәhsulun yeganә mәnbәyi torpaqdır; buna görә dә istehsal sferası yalnız әkinçilikdir. Onlar hasilat sәnayesini mәhsuldar hesab etmirdilәr, çünki burada bәrpa olunmayan resurslar hasil edilir. Emal sәnayesi dә yeni mәhsul istehsal etmir, yalnız xammalın şәklini dәyişir. Ticarәt isә mәhsulu bir yerdәn başqa yerә aparır. Əmәk heç bir şey yaratmır, onun işi torpağa yardım göstәrmәkdir. F.-a görә, әkinçilәrin әmәyi “mәhsuldar”dır, digәr sahәlәrdә fәaliyyәt göstәrәnlәrin әmәyi “qeyri-mәhsuldar” olsa da, gәrәksiz deyildir. F. sonuncuları “qeyri- mәhsuldar sinif” adlandırırdılar. İstehsal vasitәlәri (kapital) torpağa nәzәrәn kömәkçi rol oynayır. Adıçәkilәn siniflәrin gәlirlәri әmәk vә kapital xәrclәrini kompensasiya etmәlidir. Bütün “xalis mәhsul”u isә gәlir (icarә haqqı) qismindә torpaq mülkiyyәtçilәri sinfi almalıdır.
“Xalis mәhsul” haqqında tәlimdәn çıxış edәn F. bütün mövcud vergilәri “xalis mәhsul”a (torpaq mülkiyyәtçilәri üzәrinә) qo- yulmuş yeganә vergi ilә әvәz etmәyi irәli sürürdülәr; digәr siniflәrin gәlirlәrindәn vergi tutulması әvvәlki hәcmdә tәkrar istehsalı qeyri-mümkün edәrdi. F. hesab edirdilәr ki, onların ideyalarının gerçәklәşdirilmәsi k.t. istehsalının artımına gәtirib çıxaracaq, buna görә dә “xalis mәhsul”un hәr iki qismi – hәm torpaq mülkiyyәtçisinә qalan pay, hәm dә vergi şәklindә dövlәtә çatan pay artacaq.
F. mәktәbi 1770-ci illәrin sonunadәk tәkcә iqtisadi fikrә vә ictimai rәyә deyil, hәm dә iqtisadi siyasәtә tәsir göstәrmişdir. 1774–76 illәrdә Fransada F. ruhunda liberal iqtisadi islahatlar keçirilsә dә, uğur әldә edilmәmiş, F. mәktәbi populyarlığını itirmişdir.