Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİZİOLÓGİYA 

    FİZİOLÓGİYA (yun. phýsis – tәbiәt +loqos – elm), insan vә heyvan fiziologiyası – orqanizmlәrin, onların ayrı-ayrı sistem, orqan vә toxumalarının hәyat fәaliyyәti vә fizioloji funksiyalarının tәnzimi haqqında elm; canlı orqanizmlәrin әtraf mühitlә qarşılıqlı әlaqәsinin qanunauyğunluqlarını, onların müxtәlif şәraitdә davranışını öyrәnir.

    F. biologiyanın mühüm bölmәlәrindәndir. Ümumi, xüsusi vә tәtbiqi F. ayırd edilir. Ü m u m i  F. müxtәlif orqanizmlәr üçün ümumi olan fizioloji qanunauyğunluqları, canlı varlıqların müxtәlif qıcıqlara reaksiyasını, oyanma, lәngimә vә s. proseslәri öyrәnir. Canlı orqanizmdә elektrik hadisәlәrini (bioelektrik potensialları) elektrofiziologiya tәdqiq edir. Müqayisәli F. onurğalı vә onurğasız heyvanların müxtәlif növlәrindә filogenetik inkişaf dövründә gedәn fizioloji proseslәri öyrәnir. F.-nın bu bölmәsi tәkamül fiziologiyasının әsasını tәşkil edir. Yaş fiziologiyası tәkamül F.-nın problemlәri ilә slx bağlıdır; bu sahә orqanizmin ontogenezdә mayalanmadan tutmuş hәyatının sonuna qәdәr – fizioloji funksiyaların yaranması vә inkişafını tәdqiq edir. Funksiyaların tәkamülünün öyrәnilmәsi ekoloji fiziologiyanın problemlәri ilә sıx bağlıdır; F.-nın bu sahәsi müxtәlif fizioloji sistemlәrin yaşayış mühitindәn, yәni xarici mühitin müxtәlif amillәrinә uyğunlaşmanın (adaptasiyanın) fizioloji әsaslarından asılı olaraq fәaliyyәtinin xüsusiyyәtlәrini öyrәnir. X ü s u s i  F. heyvanların müxtәlif qrup vә ya növlәrindә, mәs., k.t heyvanları, quşlar, cücülәrdә hәyat fәaliyyәti proseslәrini, hәmçinin ixtisaslaşmış ayrı-ayrı toxumaların (mәs., sinir, әzәlә) vә orqanların (mәs., böyrәklәr, ürәk) xassәlәrini, onların xüsusi funksional sistemlәrdә birlәşmәsi qanunauyğunluqlarını tәdqiq edir. T ә t b i q i  F. canlı orqanizmlәrin, xüsusilә insanın mәqsәd vә vәzifәlәrinә müvafiq olaraq onların ümumi vә xüsusi fәaliyyәt qanunauyğunluqlarını öyrәnir. Mәs., әmәyin, idmanın, qidalanmanın F.-sı, aviasiya F.-sı, kosmik F. vә s.

    F. şәrti olaraq normal vә patoloji F.-ya bölünür. N o r m a l  F., әsasәn, sağlam orqanizmin iş qanunauyğunluqlarını, onun mühitlә qarşılıqlı tәsirini, müxtәlif amillәrin tәsirinә dözümlülük vә uyğunlaşma mexanizmlәrini tәdqiq edir. Patoloji F. xәstә orqanizmdә gedәn patoloji proseslәrin getmә vә inkişaf qanunauyğunluqlarını aydınlaşdırır, kompensasiya proseslәrini, müxtәlif xәstәliklәr zamanı ayrı-ayrı funksiyaların adaptasiyasını, sağalmanın vә bәrpanın mexanizmlәrini öyrәnir. P a t o l o j i  F.-nın bir qolu olan k l i n i k  F. heyvanlarda vә insanda xәstәliklәr zamanı funksional fәaliyyәtin (mәs., qan dövranı, hәzm, ali sinir fәaliyyәti) yaranması vә gedişini aydınlaşdırır.

    F. biologiyanın vә tibbin bütün sahәlәrilә birbaşa vә biofizika, biokimya, botanika ilә sıx әlaqәdardır.

     Heyvanlarda vә insanlarda elektroensefaloqrafiya, elektrokardioqrafiya, elektromioqrafiya vә xüsusilә biotelemetriya metodlarının tәtbiqi ilә bütöv orqanizmin funksiyalarının daha dәqiq tәdqiqi mümkün oldu. Stereotaksik metod beyinin dәrinliklәrindә yerlәşәn strukturları tәdqiq edir. Sinir sisteminin elektron mikroskopiyası metodu beyinin müxtәlif sistemlәrindә neyronlararası kontaktların strukturunu daha dәqiqliklә öyrәnmәyә vә onların spesifikasını müәyyәnlәşdirmәyә sәbәb oldu.

    F.-nın bir elm kimi formalaşması ingilis hәkimi U.Harveyin qan dövranını kәşf etmәsindәn (1628) başlanmışdır, 17 әsrin 1-ci yarısında fransız alimi R.Dekart vә sonra (18 әsrdә) çex hәkimi Y.Proxaska heyvan orqanizminin fәaliyyәtindә reflektor prinsipi kәşf etdi. Reflektor nәzәriyyә sonralar rus fizioloqları İ.M.Seçenov (19 әsrdә) vә İ.P.Pavlov (20 әsrdә) tәrәfindәn nәzәri vә tәcrübi cәhәtdәn әsaslandırıldı. İ.M.Seçenov mәrkәzi sinir sistemindә lәngimәni kәşf etmiş (1862), sinir mәrkәzlәrindә oyanmaların toplanması hadisәsini açmış, beyinin işinin refleks tipindә hәyata keçirildiyini göstәrmişdir. İ.P.Pavlov fizioloji funksiyaların tәnzimindә sinir sisteminin üstün rolu haqqında konsepsiya irәli sürmüş, şәrti refleks nәzәriyyәsini vә metodunu yaratmış, beyin qabığının fәaliyyәtindә sistemlik, dinamik F u n k s i o n a l  m o z a i k a l ı l ı q xassәlәrini izah etmiş, analizatorlar tәlimini әsaslandırmışdır.

    F.-da elektrofizioloji istiqamәtin inkişafı alman alimlәri E.Dyubua-Reymon, K.Lüdviq, E.Pflüger, Q.Helmholts, rus alimi N. İ.Vvedenskinin adı ilә bağlıdır. 19 әsrin başlanğıcında sinir-әzәlә toxumasının fiziologiyası öyrәnilmiş; 20 әsrdә daxili orqanların fiziologiyası, davranışın funksiyaları vә fizioloji mexanizmlәrinin tәkamülünün qanunauyğunluqlarının müәyyәn edilmәsi sahәsindә bir sıra kәşflәr edilimiş; vegetativ sinir sistemi haqqında tәlim yaradılmış (C.Lenqli), homeostaz haqqında tәsәvvür formalaşmış (U.Kennon), simpatik sinir sisteminin adaptasiyarofik funksiyaları tәdqiq edilmiş (L.A.Orbeli, A.G.Ginesinski), dominant haqqında tәlim tәklif olunmuş (A.A.Uxtomski), beyinin inteqrativ funksiyasının әsas prinsiplәri müәyyәn edilmiş (Ç.Şerrinqton), oyanmanın membran nәzәriyyәsi inkişaf tapmışdır (A.Hockin, E.Haksli vә b.). İnsanın kosmik uçuş şәraitindә uzun müddәt qalmasını tәmin edәn kosmik fiziologiya böyük nailiyyәtlәr әldә etmişdir (V.V.Parin, O.G.Qazenko, A.İ.Qriqoryev). Fiziologiyanın vәzifәlәrinә müxtәlif funksiyaların molekulyar mexanizmlәrinin tәdqiqi, sensor sistemlәrindә informasiyanın ötürülmәsi vә emalı prinsiplәrinin, psixi fәaliyyәtin vegetativ funksiyalarının vә neyron mexanizmlәrinin tәnzimi mexamizmlәrinin öyrәnilmәsi vә s. daxildir. Fiziologiya fizikanın, kibernetikanın vә riyaziyyatın mәlumatlarından istifadә edir; orqanizmdә gedәn proseslәrin fiziki vә kimyәvi qanunauyğunluqları biofizika, biokimya vә bionika ilә birlikdә tәdqiq edilir. Heyvanların fiziologiyası anatomiya, histologiya, sitologiya vә tәbabәtlә әlaqәlidir, ümumi biologiyanın, tәkamül tәliminin vә embriologiyanın mәlumatlarından istifadә edir. Ali sinir sisteminin fiziologiyası etologiya, psixologiya vә pedaqogika ilә sıx әlaqәdardır. Kәnd tәsәrrüfatı heyvanlarının fiziologiyası sahәsindә olan uğurlar baytarlığın, heyvandarlığın vә zootexniyanın bir çox problemlәrinin hәll olunması üçün böyük әhәmiyyәtә malikdir.

    Azәrb.-da F. elminin inkişafında A.Əmirov, S.Ocaqverdizadә, A.Qarayev, Q.Qәhrәmanov, H.HәsәnovŞ.Tağıyev, Q. Qәdirov, T.Qayıbov, M.Əliyev, N.Hacıyeva, R.Sәfәrov, R.Qasımov vә b. xidmәti olmuşdur. Onların işlәri sayәsindә F. elmi interoseptiv mübadilә reflekslәri, beyinin limbik sisteminin emosional-motivasiya davranışında rolu, görmә siqnallarının beyinin müxtәlif sәviyyәlәrindә tәhlil vә ümumilәşdirilmә proseslәri, visseral funksiyaların beyin qabığında proyeksiyasının tәkamül vә fәrdi inkişafi zamanı formalaşması qanunauyğunluqları vә b. fizioloji hadisәlәr haqqında yeni tәsәvvürlәrlә zәnginlәşmişdir. Azәrb. fizioloqları F.-nın tibb, k.t. vә digәr tәcrübi sahәlәrә daha da yaxınlaşması mәsәlәsinin hәllindә bir sıra müvәffәqiyyәtlәr qazanmışlar (antiheparin maddәsinin zavod şәraitindә alınması texnologiyasının, hipoqalaktiyanın preparativ tәnzimi üsullarının, qiymәtli yeni balıq hibridlәrinin yetişdirilmәsinin genetik-fizioloji әsaslarının hazırlanması vә s.). Son illәrdә müasir demoqrafik tendensiyaların vә resp.-nın gerontologiya sahәsindә, xüsusilә qocalmanın fiziologiyası üzrә genişmiqyaslı tәdqiqatlar aparmaq üçün unikal (insan) resurslarının olmasının nәzәrә alınması ilә Azәrb.-da uzunömürlülük fenomeninin kompleks şәkildә öyrәnilmәsi fiziologiya elminin prioritetlәrindәn biri kimi qәbul olunmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN