Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİZİOLOGİYA İNSTİTUTU

    FİZİOLOGİYA İNSTİTUTU, AMEA A.İ.Q a r a y e v  ad. F i z i o l o g i y a   İ n s t i t u t u – insan vә heyvanların fizioloji funksiyalarını öyrәnәn elmi-tәdqiqat müәssisәsi. 1968 ildә Azәrb. SSR EA Rәyasәt heyәti yanında fәaliyyәt göstәrәn fiziologiya bölmәsinin әsasında yaradılmışdır. İn- tun yaranmasında görkәmli fizioloq A.Qarayevin böyük xidmәti olmuşdur.

    1970 ilәdәk İn-tun әsas tәdqiqatları maddәlәr mübadilәsinin tәnzimlәnmәsindә daxili analizator sisteminin rolunun öyrәnilmәsi nәticәsindә orqanizmdә homeostazın saxlanmasının xüsusi mexanizmi kimi interoseptiv mübadilә reflekslәri konsepsiyası yaradıldılması sahәsindә idi. İn-t neyrofiziologiya, neyrokimya, analizatorların tәkamül fiziologiyası, biokimya, biofizika, ekoloji fiziologiya vә b. sahәlәrdә SSRİ EA-nın “Beyin” vә “Homeostaz” uzunmüddәtli kompleks elmi proqramlarının hәyata keçirilmәsindә iştirak etmişdir. “İnterbeyin” problem komissiyasının qәrarına әsasәn (Havana, 1980) “Motivasion davranışının tәnzimlәnmәsinin sinir, neyrohumoral vә etoloji amillәri” mövzusu üzrә SSRİ akademik in-tları sistemindә baza İn-tu kimi qәbul edilmişdir. İn-tun Naftalan neftinin vә müalicәvi suların insan orqanizminә tәsiri aspektlәri üzrә tәdqiqatları Azәrb. kurortları vә balneoloji resurslarının inkişafına tәkan vermiş; AMEA-nın Fizika İn-tu vә Azәrb. Sәhiyyә Nazirliyinin ET Oftalmologiya İn-tu ilә birgә aparılan torlu qişanın reseptor funksiyasında selenin rolunun öyrәnilmәsi üzrә tәdqiqatlar Azәrb. Resp. Dövlәt mükafatına layiq görülmüş, akad. Z.Əliyevanın rәhbәrlik etdiyi “Göz xәstәliklәrinin peşә patologiyası” laboratoriyasında peşә-göz xәstәliklәri müalicәsinin yeni üsulları kәşf edilmiş, 1981 ildә bu sahәdәki tәdqiqatlarına görә akad. Z.Əliyeva SSRİ Tibb EA-nın Averbax ad. mükafatı ilә qiymәtlәndirilmişdir. Azәrb.-ın daxili su hövzәlәrindә vә Xәzәrin sahilyanı zonalarında balıqların ekoloji-fizioloji durumu öyrәnilmiş, mühüm elmi-praktiki nәticәlәr әldә edilmişdir. Baş-beyin funksiyalarının neyrokimyәvi, molekulyar, neyrofizioloji mexanizmlәrinin araşdırılması davam etdirilmiş, insan sağlamlığının qorunması mәqsәdilә tәtbiqi xarakterli tәdqiqatlara üstünlük verilmiş, stress faktorlarının, әtraf mühit çirklәnmәlәrinin orqanizmә tәsir mexanizmlәri öyrәnilmiş, müvafiq korreksiya yollarının axtarılması araşdırmaların obyekti olmuşdur. İn-tda 11 laboratoriyada 170 әmәkdaş (o cümlәdәn 99 elmi işçi, AMEA-nın 2 müxbir üzvü, 12 elmlәr doktoru, 38 fәlsәfә doktoru çalışır. 4000-dәn artıq elmi mәqalә vә tezis, 60-a yaxın monoqrafiya yazılmış, “Elmi әsәrlәr” külliyyatının 32 cildi işıq üzü görmüşdür. Tәdqiqatlarını nәticәlәri 17 müәlliflik şәhadәtnamәsindә, 1 ixtirada vә 8 elmi tәklifdә әksini tapmışdır. M.V.Lomonosov ad. Moskva Dövlәt Un-ti, Ukr. TEA Gerontologiya İn-tu, Qazax. Resp. Prezidentinin İşlәr idarәsi yanında Tibbi Mәrkәz, Rusiya TEA Gerontologiya vә Biotәnzimlәmә İn- tu, Bel. MEA Fiziologiya İn-tu vә b. ilә elmi әmәkdaşlıq edir. F.İ-nda uzunömürlülüyün fiziologiyası, tәbii mәnşәli heroprotektorların farmakologiyası, ontogenezin biokimyası, ekotoksikologiya mühit amillәri vә analizatorların formalaşması, hüceyrә metabolizminin fiziologiyası, neyrofiziologiya, hüceyrәnin morfofunksional plastikliyi, inteqrativ fәaliyyәtin molekulyar әsasları laboratoriyaları, direktorluq yanında klininki neyrofiziologiya laboratoriyası vә görmәnin fiziologiyası yaradıcı qrupu fәaliyyәt göstәrir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN