Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİZİOLOJİ ADAPTASİYA 

    FİZİOLOJİ ADAPTASİYA – orqanizmin әtraf mühitin dәyişikliklәrinә uyğunlaşmasına әsaslanan vә onun daxili mühitin nisbi sabitliyinin – homeostazın saxlanmasına yönәldilmiş fizioloji reaksiyalar mәcmusu. F.a. nәticәsindә orqanizmin soyuğa, istiyә, oksigen çatışmazlığına, barometrik tәzyiqin dәyişmәsinә vә s. amillәrә davamlılığı artır. F.a.-nın öyrәnilmәsi orqanizmin özünütәnzimlәmә proseslәrinin, onun әtraf mühitlә qarşılıqlı әlaqәsinin dәrk edilmәsindә böyük әhәmiyyәti var. İnsanın kosmosa uçuşları ilә әlaqәdar F.a. tәdqiqatları böyük praktiki maraq kәsb etmişdir. Orqanizmin böyük intensivlikli qıcıqlanmalara cavab reaksiyaları ümumi qeyri-spesifik xüsusiyyәtlәrә malik olub adaptiv sindrom adlanır. Qeyri-adi, ekstremal (fövqәladә) şәraitә F.a. prosesi bir neçә mәrhәlә vә fazadan keçir: әvvәlcә dekompensasiya (funksiyaların pozulması) hadisәlәri, sonra natamam uyğunlaşma yәni, orqanizmin yeni mühit şәraitinә müvafiq olan davamlı halların fәal axtarışı vә nәhayәt nisbi davamlı uyğunlaşma üstünlük tәşkil edir.

    F.a. prosesindә orqanizmdә baş verәn dәyişikliklәr onun subhüceyrә-molekul sәviyyәsindәn tam orqanizmә qәdәr olan bütün sәviyyәlәrә aiddir. F. a.-da hәm hәr bir müәyyәn amilә, hәm dә mühitin ümumiyyәtlә dәyişikliklәrinә tәsir göstәrәn mәşqetmәnin böyük әhәmiyyәti var. Belә ki, yüksәklik şәraitinә, tәcilin tәsirinә vә s. mәşqetmә kosmik uçuşda hәddәn artıq yüklәnmәyә dözmәkdә kosmonavtlara kömәk edir; mәşqetmiş idmançılar yeni çәtin şәraitin o cümlәdәn, mәcburi hәrәkәtsizliyin vә s. öhdәsindәn yaxşı gәlә bilirlәr.

    F. a.-da orqanizmin reaktivliyi, onun әvvәlki funksional vәziyyәti (yaşı, yaxşı tәlimkeçmәsi vә s.) böyük әhәmiyyәt kәsb edir, bunlardan asılı olaraq orqanizmin müxtәlif tәsirlәrә cavab reaksiyaları da dәyişir. F. a. prosesindә sinir sisteminin plas- tikliyi orqanizmә mühitin dәyişkәn şәraiti ilә tәmasda olmağa vә tarazlığı bәrpa etmәyә imkan verir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN