Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİZİOLOJİ AKUSTİKA

    FİZİOLOJİ AKUSTİKA (psixofizioloji akustika) – akustikanın insanda vә heyvanlarda sәsqәbuledәn vә sәsyaradan orqanların quruluşunu vә fәaliyyәtinini öyrәnәn bölmәsi. F.a.-nın metodları hәm fiziki, yәni bioloji mәnşәli sәslәrin aparatla analizi, sәslәrin mühitdәn reseptor hüceyrәlәrә (mәs., quruda yaşayan mәmәlilәrdә sәsin xarici qulaq vә orta qulaqdan daxili qulağın Korti orqanına), yaxud sәsyaradan strukturlardan mühitә (mәs., qırtlaqdan başlayıb ağız boşluğu vasitәsilә havaya) keçmәsi, hәm dә psixofizioloji – yәni insanın vә heyvanın sәsә olan reaksiyasının tәdqiqi, müvafiq bioelektrik potensiallarının qeydә alınması kimi ola bilәr.

    İnsanın sәsә olan cavab reaksiyalarının, hәmçinin onun nitq dәrrakәsinin öyrәnilmәsi insan sәsinin inteqral xassәlәrini aşkara çıxarır vә eşitmә hәdlәrinin ölçüsünü tәyin etmәyә, sәsin subyektiv xassәlәrini (ucalığı, tonunun yüksәkliyi, tembri vә s.) qiymәtlәndirmәyә, qüsurlar, sәsә olan maneәlәr fonunda insanın müxtәlif akustik siqnalları üzә çıxarmaq vә tanımaq qabiliyyәtini müәyyәn etmәyә imkan verir. Bioelektrik potensiallarının tәdqiqi eşitmә sisteminin ayrı-ayrı neyronlarının vә onların cәminin akustik siqnallarda olan mәlumatı emal etmәk qabiliyyәtini müәyyәn edir.

    İnsanda sәsәmәlәgәtirәn orqanların tәdqiqi nitq sintezi mәsәlәlәrinin hәlli vә nitqi avtomatik tanıyan qurğuların işlәnib hazırlanması üçün, heyvanlarda exolokasiyanın, oriyentasiyanın, kommunikasiyanın akustik prinsiplәrini başa düşmәk üçün әhәmiyyәtlidir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN