FİZİOPROFİLÁKTİKA (qәdim yun.φύστς – tәbiәt + profilaktika) – tәbii vә süni yaradılmış fiziki amillәrin kömәyi ilә xәstәliklәrin qarşısının alınması. Geniş mәnada F.-ya insan orqanizminin xarici mühitin zәrәrli amillәrinin tәsirindәn qorunmağa yönәlmiş vә gigiyenik tәlәblәrә uyğun optimal mәişәt, әmәk vә istirahәt şәraitinin (havanın kondisiyalaşdırılması vә dezinfeksiyası, profilaktori, istirahәt evlәri, sanatoriya vә s. yerlәrdә olmaq) yaradılması tәdbirlәri aiddir.
F.-da günәş şüalarından, ultrabәnövşәyi vә infraqırmızı şüalardan (istehsalatda, mәktәblәrdә fotarilәr), çimmә, bәdәn tәrbiyәsi vә masajdan istifadә etmәklә orqanizmin möhkәmlәndirilmәsi dә tәtbiq edilir. Xәstәlik residivlәri vә әmәliyyatdansonrakı ağırlaşmaların F.-sı üçün müxtәlif fizioterapevtik proseduralar – UYT-terapiya, inhalyasiya, aeroionoterapiya, dәrman maddәlәri ilә elektroforez, su proseduraları vә s. istifadә olunur.