Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FLAERTİ

    FLAERTİ (Flaherty) Robert Jozef (16.2. 1884, Miçiqan ştatı, Äyron-Mauntin - 23.7.1951, Vermont ştatı, Dammerston) - amerikan kinorejissoru. 1890-cı illərin sonu – 1900-cu illərdə Kanada Ali Kollecində (Toronto) Miçiqan Mədən Məktəbində təhsil almışdır. 1910 ildən Ka­nada Qütbarxasını tədqiq etmişdir. 1922 ildə çəkdiyi “Şimallı Nanuk” filmi (1910-cu illərin sonlarından Hudron körfəzində eskimosların həyatından bəhs edən epizodlar çəkmişdir) böyük uğur qazanmışdır. 1923-24 illərdə Polineziya adalarında “Cənub dənizlərinin moanası” (1926) filmi üçün material hazırlamışdır. 1925 ildə “Dulusçunun hekayəti”, 1927 ildə “24 dollarlıq ada” (Manhetten a. haqqında) filmlərini çəkmişdir. 1928 ildə F.-nin topladığı materiallardan istifadə olunmaqla, “Cənub dənizlərinin ağ kölgələri” filmi yaranmışdır (V.S.Van Dayk tamamlamışdır). F.V.Murnau ilə birlikdə “Flaherty-Murnau Produktions” studiyasının əsasını qoymuş və burada “Ta­bu” (1931) fılmini çəkmişdir. 1931 ildə B. Britaniyada C.Qrirsonla birlikdə “Sənaye Britaniyası” proqram fılmini ekranlara çıxarmışdır. Rej.-un bədii prinsipləri ən dolğun şəkildə ifadə olunan “Arandan olan adam” (1934) və Z.Korda ilə birlikdə “Fillərin balaca çarvadarı” (1937, R.Kiplinqin əsəri üzrə; bədii filmlərini çəkmişdir. 1948 ildə “Luiziana əhvalatı” sənədli filmi ekranlara çıxmışdır. Sənədli filmlər ustası F.-nin novatorluğu, rej. dəst-xəttinin xüsusiyyətləri (sürəkli kino-müşahidə, bədii kinematoqrafın priyomlarından istifadə, elmi-kütləvi məzmun və s.) dünya sənədli kinosunun inkişafı üçün yeni perspektivlər açmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN