Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FLAGELLANTLAR 

    FLAGELLANTLAR (lat. flagello – qırmanclamaq) – 13–15 әsrlәrdә Qәrbi vә Mәrkәzi Avropada günahlardan tәmizlәnmәk üçün özünüqırmanclamanı dini tәcrübә vә tәriqәt nizamnamәsinin bir hissәsi kimi qәbul edәn dini hәrәkatın nümayәndәlәri. F.-ın ilk ideoloqu Fonte-Avellana, Montekassino vә s. monastırlarda özünüqırmanclama praktikasını bәrqәrar edәn Pyotr Damiani (1006–72) hesab olunur. F.-ın ilk açıq nümayişi qvelflәr vә gibellinlәr arasında müharibә dövründә, 1260 ilin mayında Perucada (Umbriya әyalәti) keçirilmişdir. 1260–61 illәrdә F.-ın kütlәvi nümayişlәri Mәrkәzi vә Şimali İtaliyanı bürümüş, sonralar isә Avropaya (Strasburq, Avstriya, Moraviya, Çexiya, Polşa, Macarıstan vә alman әrazilәri) yayılmışdı. 1261 ildә Müq. Taxt-tac F.-ın nümayişini qadağan etmişdi. 

    14 әsrin ortalarında F. hәrәkatı yenidәn canlanmış, daha da genişlәnәrәk Hollandiya vә Fransaya da yayılmışdı. Roma papası VI Kliment (1342–52) F. hәrәkatını qadağan etmişdi (20.10.1349 il bullası). Konstans kilsә mәclisi (1414–18) tәrәfindәn F. bidәtçilәr kimi mәhkum olunduqdan sonra hәrәkat nüfuzunu itirmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN