FLAQMAN (hol. vlagman, vlag – bayraq + man – adam) – 1) HDD-dә (HDQ) gәmi birlәşmәsinә (donanma qüvvәlәri birlәşmәsinә) rәhbәrlik edәn ali zabit heyәtindәn vәzifәli şәxs. Bir sıra dövlәtin HDQ-sindә F., adәtәn, gәmi (sualtı qayıq) briqadaları vә diviziyalarının komandirlәri, eskadra, flotiliya vә donanma komandanları olur. F. birlәşmәnin (bölmәnin) döyüş hazırlığına görә mәsuliyyәt daşıyır, onların yürüş (döyüş, әmәliyyat) hazırlığını tәşkil edir vә dәnizdә tapşırıqların yerinә yetirilmәsinә rәhbәrlik edir. F.-ın vә onun qәrargahının yerlәşdiyi gәmi F. üçün müәyyәnlәşdirilmiş müvafiq bayraq qaldırır. 2) Flaqman gәmisinin ixtisar olunmuş adı.