Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FLAMENKO

    FLAMENKO, k a n t e  f l a m e n k o (isp. flamenco, cante flamenco) – Cənubi İspaniyanın ənənəvi mahnı-rəqs sənəti. Terminin etimologiyası müəyyən edilməmişdir (müxtəlif versiyalara görə isp. flama - alov, flamenko - qızılqaz sözündən və s.). Əndəlisdə yaranmış, formalaşmasına ərəb, Bizans, qaraçı və digər ənənələr təsir göstərmişdir. Özündə oxuma (cante; müğənni - kantaor), rəqs (baile; rəqqas - baylaor) və gitarada ifanı (gitaraçı - takaor) birləşdirir. 2 üslubu: qədim yüksək, dramatik - kante xondo (cante jondo), yaxud kante qrande (cante gran­de) və daha müasir sadələşdirilmiş - kante çiko (cante chico). Sonuncunu həmçinin ümumi “F.” termini ilə, yaxud “kante flamenko” adlandırırlar. Rəqs solo (məs., kişi rəqsi - farruka), yaxud qoşa ifa edilir; oxumalar da solo (çox vaxt kişilər tərəfindən) olur; adətən, bir və ya iki gitaraçı iştirak edir. F.-nun mühüm tərkib hissəsi ritmdir. F. improvizasiyalı sənətdir, ənənəvi təlim üsulu şifahidir. Rəqqaslardan Antoniya Merse (La Arxentina), Karmen Amayya, Flora Albaysin, Visente Eskudero, An­tonio Qades, gitaraçı Pako de Lusiya məşhur F. ifaçılarıdır. F. YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir (2010).

     Flamenko rәqsi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN