Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FLAMİNİ 

    FLAMİNİ Qay (Gaius Flaminius) (? – e.ә.217) – Qәdim Roma dövlәt xadimi vә sәrkәrdәsi. Plebeylәrin tribunu (e.ә. 232), pretor (e.ә. 227), konsul (e.ә. 223 vә e.ә. 217), süvari qoşunun başçısı (e.ә. 221), senzor (e.ә. 220). E.ә. 232 ildә senatorların çoxunun müqavimәtinә baxmayaraq, hәlә e.ә. 285 ildә işğal olunmuş qalların әrazilәrinin (lat. Ager Gallicus; indiki Marke vil.) plebeylәr arasında bölüşdürülmәsinә dair, e.ә. 220 ildә isә azadolunmuşların 4 şәhәr tribasının tәrkibinә qatılması haqqında qanunlar qәbul etmişdi. E.ә. 223 ildә insubr qallarını Plasensia yaxınlığında mәğlubiyyәtә uğratmış, senatın icazәsi olmadan triumfunu qeyd etmişdi. Onun tәşәbbüsü ilә Romanı İtaliyanın Adriatik dәnizi sahillәri ilә birlәşdirәn Flamini yolu çәkilmiş, Romada F. sirki tikilmişdir. E.ә. 217 ildә F. ordusu Trazimen gölü yaxınlığında Hannibal tәrәfindәn darmadağın edilmiş, F. özü isә itkin düşmüşdür. Antik müәlliflәr F.-ni demaqoq vә әyanların düşmәni kimi tәsvir etsәlәr dә, әslindә o, nobililәrin bir çoxu tәrәfindәn dәstәklәnmiş, onların sayәsindә parlaq karyera qurmuşdu.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN