FLAMİNLƏR (lat. flamines – odu yandıranlar) – Qәdim Romada panteonun ayrı-ayrı allahlarına (kuriyalar üzrә) sitayişi hәyata keçirәn kahinlәr. Patrisilәrdәn (3 nәfәrdәn ibarәt böyük F.; Yupiter, Mars vә Kvirinә sitayişi hәyata keçirirdilәr) vә plebeylәrdәn (12 nәfәrdәn ibarәt kiçik F.; 12 allaha – Vulkan, Pomona, Flora vә s.-ә sitayişi hәyata keçirirdilәr) seçilirdi. F.-in vәzifәsi ömürlük idi.