Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FLAMMARİON 

    FLAMMARİON Kamil (26.2.1842, Montinyile-Rua – 3.6.1925, Jüvizi) – fransız astronomu, elmi populyarlaşdıran. Müstәqil tәhsil almışdır. 1858–62 illәrdә Paris rәsәdxanasında hesablayıcı, 1862–76 illәrdә Parisdә Uzunluq bürosunda hesablayıcı işlәmiş, 1876–82 illәrdә Paris rәsәdxanasının әmәkdaşı olmuşdur. 1883 ildә Jüvizidә (Paris yaxınlığında) rәsәdxana tәsis etmiş vә direktoru olmuşdur. Qoşa vә çoxqat ulduzları tәdqiq etmiş, xüsusilә dә bir neçә qoşa ulduzun ümumi mәxsusi hәrәkәtini kәşf etmişdir. Ulduzların rәnglәrini vә Ayın sәthindә törәmәlәri tәdqiq etmişdir. 1876 ildә Marsda tutqun oblastların mövsümi dәyişmәlәrini aşkar etmişdir. Jüvizi rәsәdxanasında aparılan bu planetin çoxsaylı müşahidәlәrinin nәticәlәrini F. “ Mars planeti vә onun mәskunluq şәraiti” kitabında tәsvir etmişdir (1909 ildә nәşr olunub). Hәmçinin vulkanologiya, Yer atmosferinin problemlәri, klimatologiya ilә mәşğul olmuşdur. F. astronomiyaya dair elmi-kütlәvi әsәrlәrin müәllifi kimi tanınmışdır. Ən mühümü dünyanın bir çox dilinә tәrcümә edilmiş “Kütlәvi astronomiya” әsәridir. 1882 ildә elmi-kütlәvi “Astronomiya” jurnalını, 1887 ildә isә Fransa Astronomiya Çәmiyyәtini yaratmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN