FLANDRİYA BUVYESİ – ov itlәri qrupundan it cinsi. Flandriyada yetişdirilmişdir (adı da buradandır). F. b.-nin әcdadı Avropa qabatüklü çoban itlәridir. İlk vaxtlarda F.b. әsasәn fermer iti kimi istifadә edilirdi. Birinci standart Belçikada (1912) hazırlanmış, vahid standart isә Belçika–Fransada 1965 ildә qәbul edilmişdir; 2002 ildәn qüvvәdәdir. Bәdәn quruluşu yığcam, güclü enli vә möhkәmdir. Cidov hünd. 59–68 sm-dir. Başı iridir; bәzәkli tüklәrdәn ibarәt sıx vız “qaşlar”ı, “bığ”ı vә “saqqal”ı var. Başının yuxarısında yerlәşәn qulaqları sallaqdır; qulağı kәsik olanlarda üçbucaqşәkilli dikdir. Qulaqlarında vә alnındakı cod vә pırtlaşıq tüklәri sukeçirmәyәn tiftiklidir (uz. 5 sm-әdәkdir). Rәngi әsasәn, boz, lәkәli, yaxud qara naxışlıdır. Ferma vә hәyәtlәrin mühafizәsindә, hәmçinin cangüdәn kimi vә polisdә istifadә olunur.
Flandriya buvyesi.