FLÁNDRİYA OVALIĞI – Flandriya tarixi vil. әrazisindә alçaq düzәnlik; Fransanın şm.-ını, Belçikanı vә Niderlandın c.-unu әhatә edir. Şimal dәnizi sahili boyunca uzanır, c. vә c.-ş.-ә doğru 150 m-әdәk yüksәlir. Əsasәn, allüvial vә dәniz çöküntülәrindәn ibarәtdir. Sahil boyu dünlәr, kolluqlar, әkmә şam meşәlәri yayılmışdır. Əsas şәhәrlәri: Gent, Brüqge, Ostende (Belçika), Dünkerk, Lill (Fransa).