Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FLÁNDRİYA ÜSYANI (1323–28),

    FLÁNDRİYA ÜSYANI (1323–28), N i k o l a s  Z a n n e k i n   ü s y a n ı, D ә n i z y a n ı  F l a n d r i y a d a  ü s y a n (1 3 2 3 – 2 8) – Dәnizyanı Flandriyanın özünüidarә kәnd icmalarında zadәganların hakimiyyәtinә vә imtiyazlarına qarşı xalq hәrәkatı. Brügge vә İpr mahudçuları vә toxucuları tәrәfindәn dәstәklәnmiş, üsyan Atis-sür-Orj sülhünün (1305) şәrtlәrinә görә Fransaya ödәnilәcәk tәzminatın toplanması zamanı baş vermiş sui-istifadә hallarına, hәmçinin Flandriya qrafı Neverli Lüdovikin siyasәtinә qarşı yönәlmişdi; başçısı N.Zannekin idi. Üsyan iştirakçılarının radikal mövqedәn çıxış edәn bir hissәsi (lider Y.Peyt), әyanlara vә kilsә nümayәndәlәrinә amansız divan tutmuşdu. Gent zadәganpәrәst mövqedә dayanmış, qaçmış vә qovulmuş zadәganlara, qraf balyilәrinә vә şәhәr eşevenlәrinә sığınacaq vermişdi. Üsyan 1323 ilin dekabrında başladı. 1324 ilin aprelindә bağlanmış barışıq çox keçmәdәn üsyançılar tәrәfindәn pozuldu. Üsyanın ikinci mәrhәlәsindә (1324 ilin sonu – 1326 ilin apreli) kәndlilәr Brügge (burada qraf әsir alınmışdı) vә İpr sakinlәrindәn birbaşa dәstәk aldılar. Lakin Fransanın müdaxilәsi tәhlükәsindәn ehtiyatlanan mötәdil üsyançılar sülh bağlamağa razılaşdılar. Üçüncü mәrhәlәdә (1326, may – 1328, avqust) çox sayda qәsr, monastır, kilsә dağıdıldı, minlәrlә insan öldürüldü. F.ü. qәti olaraq Kassel yaxınlığındakı (1328, 23 avqust) vuruşmada VI Filippin qoşunları tәrәfindәn yatırıldı, Zannekin öldürüldü. Üsyan iştirakçıları, ilk növbәdә şәhәr sakinlәri ağır cәzalara mәruz qaldı, başçıları edam edildi, әmlakları müsadirә olundu, üsyançı şәhәrlәrin imtiyazları lәğv edildi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN