FLANÉL (fr. flanelle, qәdim fr. flaine – adyal, ing. flannel – yun) – yumşaq, yüngül, hәr iki üzü xovlu, pambıq vә ya yun parça. Polotno, yaxud sarja toxunuşu ilә hazırlanır. Yun F.-dәn kostyum vә palto, pambıq F.-dәn isә qadın vә uşaq isti geyimlәri, xalat vә s. tikilir.