FLANS (alm. Flanshc), b i l ә r z i k – boru, armatur, rezervuar, vallar vә s.-ni birlәşdirәn hissә. F., adәtәn, yastı halqa (vә ya disk) şәklindәdir, detalın yan sәthlәrindә bolt, yaxud sancaq keçirmәk üçün bir bәrabәrdә yerlәşdirilmiş deşiklәr olur. F. tökmә (detalla birlikdә tökülür); qaynaqlanmış (ayrıca hazırlanır vә detala yapışdırılır); boyuncuqlu (әsasәn, boruların birlәşdirilmәsi zamanı); qovşağın çәrçivәyә, dayağa, yaxud bünövrәyә bәrkidilmәsi üçün dayaqlı kimi növlәrә ayrılır. F. birlәşdirilәn boru vә rezervuarların daxilindә hermetikliyi tәmin edir; val vә digәr fırlanan detallarda isә güc ötürülmәsindә lazımi möhkәmlik әldә etmәyә imkan yaradır.