FLÁTOV (Flatow) Alfred (3.10.1869, Dansiq, indiki Qdansk – 28.12.1942, Terezin) – Almaniya idmançısı (idman gimnastikası), 3 dәfә Olimpiya çempionu. Gәnc yaşlarından Berlin idman klubunda gimnastika ilә mәşğul olmuşdur. 1890 ildәn gimnastika müәllimi idi. Afinada keçirilmiş 1-ci Olimpiya Oyunlarında (1896) 3 qızıl (komanda hesabı ilә paralel tirlәr vә tirlәrdә, fәrdi hәrәkәtlәrdә paralel tirlәrdә) vә 1 gümüş (tirlәrdә) medal qazanmışdır. Onun kiçik qardaşı Qustav Alfred (1875–1945) hәmin Olimpiadada 2 qızıl medal (komanda hesabı ilә paralel tirlәr vә tirlәrdә) qazanmışdır. F.-un 1903 ildә yәhudilәr üçün tәsis etdiyi gimnastika klubu sonralar Avropada ilk yәhudi idman tәşkilatı olmuşdur. F. qardaşları Çexiyada hәbs düşәrgәsindә aclıqdan ölmüşlәr. 1996 ildә Almaniyada üzәrindә F. qardaşları tәsvir olunmuş poçt markası buraxılmışdır. 1997 ildә Olimpiya stadionu yaxınlığındakı Berlin küçәlәrindәn birinin adı dәyişdirilәrәk Flatov bulvarı adlandırılmışdır.