FLÁTTER (ing. flutter – vibrasiya) – müәyyәn uçuş sürәtlәrindә uçuş aparatlarının his sәlәrindә meydana çıxan sönmәyәn elastik rәqslәr. F. avtorәqslәrә aid edilәn aerodinamik elastiklik hadisәsi kimi dә hesab edilir. F. tәyyarәnin qanadında, quyruq çıxıntılarında, eleronlarda, hәmçinin helikopterlәrin daşıyıcı vintlәrindә, turbin vә kompressorların kürәklәrindә vә s. baş verә bilәr. Bәzi hallarda uçuş aparatının konstruksiyasında intensiv rәqslәr zamanı yaranan dinamik gәrginlik uçuş vaxtı bir neçә saniyә әrzindә onun dağılmasına sәbәb ola bilәr. F. hadisәsi qanadda (vә ya quyruq çıxıntılarında) ağırlıq mәrkәzi ilә sәrtlik mәrkәzinin qarşılıqlı yerlәşmәsi vә habelә aparatın digәr xarakteristikaları ilә әlaqәdardır.
F. hadisәsi ilk dәfә kütlәvi şәkildә 1930-cu illәrdә (uçuş sürәtlәrinin artdığı dövrdә) baş vermişdir. Bundan sonra F.-in öyrәnilmәsinә vә qarşısının alınması üsullarının axtarılmasına başlanılmışdır. Tәyya rә F.-i nәzәriyyәsini M.V.Keldış işlәyib hazırlamışdır. Ədәdi hesablama üsulları yaradılmış, alınan nәticәlәr hәr bir konkret UA-nın hansı sürәtindә F. tәhlükәsinin olacağını qabaqcadan hesablamağa imkan vermişdir. Bu tәdqiqatlar aviasiya konstruktorlarına F.-in qarşısının alınması üçün vasitәlәrin (kütlәnin konstruktiv elementlәrdә sәmәrәli paylanması, onların sәrtliyinin artırılması vә s. tәdbirlәr) tapılmasına imkan vermişdir.