Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FLAVİLƏR 

    FLAVİLƏR (lat. Flavii) – Roma plebey nәsli. Bu ad hәmçinin İtaliya әrazisindә yaşamış müxtәlif xalqlar arasında (etrusklar, umbrlar, sabinlәr vә b.) yayılmışdır. Bu nәslin nümayәndәlәrinin adı Roma resp.-nın son üç әsri müddәtindә qeyd olunur. Nәslin aşağıdakı qolları (koqnomen) mәlumdur: Fimbriya F.-i, Sabin F.-i, Titian F.-i. Nәslin nümayәndәlәri: Appi Klavdi Sekin katibi olan, e.ә. 304 ildә ilk dәfә Roma tәqvimini (Fasti) tәrtib edәn Qney Flavi; F.-dәn seçilәn (e.ә. 104 ildә Mari ilә birlikdә) ilk konsul Qay Flavi Fimbriya. F. nәslinә Roma imperatorları – sülalәnin banisi Vespasian [69–79] vә oğulları – Tit [79–81] vә Domisian [81–96] mәnsub idilәr. Onların hakimiyyәti dövründә İtaliya әyalәtlәrindәki әyanların bir çox nümayәndәsi senata daxil edilmiş, imperiyanın maliyyә sistemi bәrpa olunmuş, yollar çәkilmiş, binalar (mәşhur F. amfiteatrı) tikilmiş, imperiya әrazisinin genişlәndirilmәsinin әsası qoyulmuşdur. F. tәrәfindәn әyalәt sakinlәrinә Roma vә latın vәtәndaşlığı hüququnun verilmәsi müxalif aristokratiyanın, xüsusәn dә Domisianın hakimiyyәti dövründә xeyli kәskinlәşmiş narazılığına sәbәb olmuşdu. Domisianın antik әnәnәdә mәnfi qiymәtlәndirilmәsi müasir tarixçilәr tәrәfindәn qәbul edilmir. Hәr bir nümayәndәsi Flavi adını qәbul etdiyinә görә, Konstantinin imperator sülalәsi [305–363, I Konstansi Xlordan Dönük Yulianadәk] İkinci (vә ya Yeni) F. adlandırılır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN