FLAVİNLƏR (lat. flavus – sarı) – bütün canlı hüceyrәlәrin daxilindә olan tәbii üzvi birlәşmәlәr; izoalloksazinin (C10H6O2H4) heterotsiklik birlәşmәlәrinin törәmәsi. Bir çox F. mühüm bioloji aktiv maddәlәrdir (mәs., orqanizmin oksidlәşdirici–bәrpaedici proseslәrindә iştirak edәn vitamin riboflavin vә onun törәmәlәri flavinadenin-dinukleotid, flavinmononukleotid geniş yayılmış kofermentidir).