FLAY (Fly) – Pаpua-Yеni Qvineyada çay. Yeni Qvineya a.-nın c.-undadır. Uz. 620 km, hövzәsinin sah. 64,4 min km2. Viktor-Emanuil d-rından başlanır, orta axınında İndoneziya ilә sәrhәd boyu axır, Mәrcan dәnizinin Papua körfәzinә tökülәrәk estuari әmәlә gәtirir. Ortaillik su sәrfi 4450 m3/san. Dekabr–apreldә bolsuludur. Mәnsәbindәn 300 km mәsafәdә gәmiçiliyә yararlıdır.
Flay çayı.