FLEBİT ( fleb + ... it) – vena divarlarının iltihabı. İnfeksiyadan, yaxud venaya qıcıqlandirıcı maddә yeritdikdә (o cümlәdәn aseptik F.) baş verir. Vena trombozu inkişaf etdikdә tromboflebitә sәbәb olur. Əsasәn, әtrafların vә çanağın sәthi vә dәrin venalarında tәsadüf olunur. Qarın boşluğunun irinli, yaxud iltihabi proseslәrinin ağırlaşması qapı venasının F.-inә (pileflebit) sәbәb olur. F.-in nәticәsi olaraq vena sklerozu inkişaf edә bilәr. M ü a l i c ә s i: antibiotiklәr, kompres vә s. P r o f i l a k t i k a s ı: vena daxilinә inyeksiya zamanı aseptik qaydalara ciddi riayәt etmәk.