FLEBOLİT ( fleb + ... lithos) – vena daşı; tromboflebit zamanı (әsasәn, venanın varikoz genişlәnmәsi fonunda) trombdan (qan laxtasından) birlәşdirici toxumanın inkişafı vә onda әhәng duzlarının çökmәsi nәticәsindә әmәlә gәlir. F.-in olması simptomsuz keçir (dәrin venaların F.-i adәtәn rentgenoqrafiya zamanı aşkar olunur) vә müalicә tәlәb etmir.